• çərşənbə axşamı, 19 mart, 07:50
  • Baku Bakı 8°C

Rəsmi Bağdad İraq Kürdüstanı ilə referendumun nəticələrini müzakirə etməyəcək

26.09.17 09:10 500
Rəsmi Bağdad İraq Kürdüstanı ilə referendumun nəticələrini müzakirə etməyəcək
Rəsmi BağdadİraqKürdüstan regional rəhbərliyi ilə müstəqillik referendumunun nəticələrini müzakirə etməyəcək.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunuİraqın baş naziri Heydər əl-Abadi bəyan edib.
"Biz qeyri-legitim referendumun nəticələri ilə bağlı hər hansı dialoq və ya müzakirəyə lüzum görmürük”, deyə baş nazir bildirib. Onun sözlərinə görə, səsvermə prosesi zamanı saxtakarlığa yol verilib, seçicilərə təzyiq göstərilib.
Qeyd edək ki, ötən günİraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib.Referendumda 3 305 925 seçici iştirak edib.İraqhökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Referendumun ilkin nəticələri bu gün axşam saatlarında açıqlanacaq.
banner

Oxşar Xəbərlər