• çərşənbə axşamı, 23 aprel, 12:54
  • Baku Bakı 24°C

Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

28.10.16 10:48 954
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda 16 tam orta məktəbin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.
AZƏRTACxəbər verir ki, Culfa Rayon Gənclər və İdman İdarəsinin, Culfa Rayon Təhsil Şöbəsinin və Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıqlarının stimullaşdırılmasıdır.
Tədbirdə Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli, Culfa Rayon Təhsil Şöbəsinin aparıcı metodisti Ramazan Ağayev və Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri əvəzi Mübariz Möhsünov çıxış edərək keçirilən tədbirin mahiyyətindən, yeniyetmə və gənclərə göstərilən dövlət qayğısından, gənclərin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən danışıblar.
Müsabiqənin yekun nəticələrinə görə Culfa şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rizvan Ağayev I yerə, Culfa şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Hüseyn Feyzullayev II yerə və Dizə kənd tam orta məktəbin şagirdi Vəfa İsmayılova III yerə layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif ediliblər.
banner

Oxşar Xəbərlər