• cümə axşamı, 18 aprel, 23:28
  • Baku Bakı 21°C

Rəşad Sadıqov millidən gedir

02.10.17 12:55 1316
Rəşad Sadıqov millidən gedir
Azərbaycan millisinin və "Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov milli karyerasını başa vurur.
Kaspi.az xəbər verir ki, bu barədə futbolçu özü "Futbol +” qəzetinə açıqlamasında məlumat verib. O, oktyabrın 5-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Çexiya ilə ev oyununda sonuncu dəfə milli formanı geyinəcək.
35 yaşlı müdafiəçi millidə 2001-ci il, oktyabrın 6-da, DÇ-2002-in seçmə mərhələsi çərçivəsində baş tutmuş İsveçlə səfər qarşılaşmasında (0:3) debüt edib. Bu günə kimi yığmada 110 oyun keçirmiş kapitan, bu göstəricidə rekordçudur.
banner

Oxşar Xəbərlər