AZE | RUS | ENG |

Rəşad Sadıqov: “Milli həmişə döyünən ürəyim olub”

Rəşad Sadıqov: “Milli həmişə döyünən ürəyim olub”
"Bizi ciddi rəqib gözləyir. Matça yaxşı hazırlaşmışıq. Sonuncu ev matçımızdı. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək ”.
 
Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib. Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununu sabah Çexiyaya qarşı keçirəcək.
 
Bu görüş Sadıqovun yığmanın heyətində keçirəcəyi sonuncu matç olacaq.
 
"Bu haqda çox danışmaq olar. Sadəcə, sabah bizi oyun gözləyir. Fikrimin dağılmasını istəmirəm. Komanda şəklində matça köklənmişəm. Birinci gündən əlimdən gələni etmişəm. Nə qədər yaxşı və ya pis alındığına azarkeşlər, futbol ictimaiyyəti qərar verə bilər. Fikrimcə, bu haqda matçdan sonra danışmağa vaxtımız olacaq. Asan qərar deyil. Milli həmişə döyünən ürəyim olub. Amma hər şeyin sonu olur. Əsas odu ki, son vaxtında olsun. Mən də düşünürəm ki, artıq millidən getməyimin vaxtıdı”, deyə R.Sadıqov bildirib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.2545
TRY 1 Türk lirəsi 0.3654
KWD 1 Küveyt dinarı 5.6216
SEK 1 İsveç kronu 0.1919
EUR 1 Avro 1.9810
CHF 1 İsveçrə frankı 1.7216
USD 1 ABŞ dolları 1.7000