• cümə, 29 Mart, 10:49
  • Baku Bakı 5°C

Rəqsanənin işi “ruscadı”

23.01.14 14:52 1887
Rəqsanənin işi “ruscadı”
Müğənni Rəqsanə İsmayılova prodüser Anar Mədətovla işləməyə qərar verib. Yeni prodüserlə çalışacaq Rəqsanə öz planlarından danışıb: “Anarla işləmək mənə rahat gəldi, həm insanı keyfiyyətini bəyənirəm, həm də işini bilən peşəkardır. Anara qədər işindən razı qaldığım komandam olub. Anarla bu birliyi tamamladıq. Prodüserimin ideyasına əsasən, Moskvada rus dilində silsilə mahnılar lentə yazılacaq. Bu məqsədlə ayın 28-də Moskvaya yola düşəcəyik. Mahnılar mənim köhnə repertuarımdan seçilir. Hələlik “İnanımmı”, Bivəfa”nın adını çəkə bilərəm. Həmin mahnılara Moskvada söz yazılacaq”, – deyən Rəqsanə Anarın gəlişi ilə planlarına bir qədər dəyişiklik etdiyini bildirib: “Əslində, həmin ərəfədə İstanbulda olmalı idim. Oradakı işlərimi gələn aya saxladıq. Yaxınlarda məni rus dilində eşidəcəksiz”.
banner

Oxşar Xəbərlər