AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rəqsanə nişanlısını və Moskvanı seçdi

Rəqsanə nişanlısını və Moskvanı seçdi

Mədəniyyət
24 Dekabr 2012, 15:01 1953
Müğənni Rəqsanə seçim qarşısında qalaraq ya Bakıda Yeni il şou-proqramında iştirak etməli, ya da gələcək həyat yoldaşının təklifini qəbul edib, Moskvaya getməli idi. Qarşı tərəfin təkidindən sonra ikinci variantın üzərində dayanan sənətçi paytaxtı tərk edib.
Onun tez yola düşməsinin səbəbi bayram öncəsi təşkil ediləcək mötəbər tədbirlərdə iştirak etməkdir. Sənətçi yol üstü azxeber.com-a bildirib ki, qızı Yağmuru və işçi heyətini də özü ilə aparır: “Dekabrın 28-i isə anam Moskvaya gələcək. Biz qərara gəldik ki, anam, uşaqlar və orada bizimlə olacaq yaxın qohumlar bayramı Moskvada birlikdə qeyd edək. Nişanlımla mən və iki ailə dostumuz başqa ölkəyə gedib, bayramı başqa tərzdə keçirəcəyik. Bir neçə gün sonra ailə üzvlərimin yanına qayıdıb, tətili davam etdirəcəyik”.
Rəqsanə bildirib ki, onun tezlikdə Bakıya qayıdacağı müşküldür. “Ona görə ki, Moskvadan Türkiyəyə gedib, orada hazırlığı bitmək üzrə olan albomumla tanış olacam. Bundan öncə yanvarın 7-də böyük qızım Aysunun doğum gününü elə Moskvada qeyd edəcəyik. Türkiyə səfərimin nə qədər davam edəcəyi oradakı işlərimin yekununa bağlıdır. Ola bilsin növbəti həftələrdə 1-2 günlüyə Bakıya gəldim” – deyə Rəqsanə bildirdi.