Rəqsanə Moskvaya ərə gedir

Rəqsanə Moskvaya ərə gedir

Mədəniyyət
24 Oktyabr 2012, 14:02 1499
Müğənni Rəqsanə İsmayılova jurnalistlərə yaxın zamanlarda toyu olacağıını bildirib. O, toy günü üçün bahalı gəlinlik də seçdiyini vurğulayıb:
"Mənim sevgilim Moskvada yaşayır, bu səbəbdən oraya tez-tez gedirəm. Uzun müddət ondan ayrı qala bilmirəm. O heç vaxt evli olmayıb, məndən 13 yaş böyükdür. Tezliklə toyumuz olacaq, KİV nümayəndələrini də çağıracam ki, toyumuzu işıqlandırsınlar. Paltar artıq hazırdır, indi yer seçmək lazımdır. Dəbdəbəli toy istəmirəm, toyda cəmi 30-40 nəfər iştirak edəcək".