• cümə, 29 Mart, 11:55
  • Baku Bakı 5°C

Rəqsanə: “Bu gün ən çox toy oxuyan müğənnilərdənəm“

27.03.14 13:33 1224
Rəqsanə: “Bu gün ən çox toy oxuyan müğənnilərdənəm“
Müğənni Rəqsanə İsmayılovanın 2007-ci ildə səsyazma studiyasından lentə alınan kadrları ötən gün yenidən gündəmi zəbt edib
Həmin lent yazısında mahnının üzərinə zümzümə edən ifaçının səsinin nasazlığı müzakirəyə çıxarılıb. Axşam.az xəbər verir ki, həmin görüntülərə sənətçi bu cür aydınlıq gətirib:
“Diqqətlə izləyəndə arxa fonda mənim səs yazım təmiz eşidilir. Bunu nəyə görə oxuduğumu izah etmək məcburiyyətindəyəm. Lider televiziyası həmin ərəfədə yeni mahnım haqqında sujet hazırlayırdı. Təklif etdilər ki, səsyazma studiyasına gedib, mahnını zümzümə edim. Qızdırmalı, xəstə olsam da, təklifi yerə salmadım. İkinci səsim efirə getməyəcəkdi. Ona görə də, arxayın xəstə səslə oxudum. Kimin səsi tutulmur ki? Müğənninin səsi tutulanda onun ifasını topa tutmaq lazım deyil. Mən bu gün ən çox toy oxuyan müğənnilərdənəm. Nəinki Azərbaycanda, başqa ölkələrdə də ən yaxşı toylara dəvət olunuram. Əgər səsimdə belə qüsur varsa, hansısa canlı ifada özünü göstərərdi və bunu dərhal çəkib paylaşardılar. Demək ki, yoxdur”.
Son vaxtlar Rəqsanə xanımın jurnalistlərə xoşagəlməz münasibət göstərməsi də müzakirəyə səbəb olub. Lakin sənətçi bunun şişirdildiyini iddia edir:
“Mən ANS-dəki verilişə Hüseyn Dərya mövzusuna görə dəvət almışdım. Bu mövzuda danışmaq üçün proqrama qatıldım. Uzun müddətdir ki, qalmaqallardan qaçıram. Amma məni buna məcbur edənlər var. Olmayan bir məsələni ortaya atıb, barəmdə nə isə yazan bəzi jurnalistləri öz peşəsinə hörmət etməyə çağırdım. Amma jurnalist də nəzərə alsın ki, qarşısındakı qadındır, anadır, reytinq xatirinə ona qara yaxmaq olmaz. Doğru yazan, haqqı nahaqdan ayıran peşəkar jurnalistlərə isə hər zaman hörmətim olub və olacaq da”.
banner

Oxşar Xəbərlər