• cümə axşamı, 28 mart, 18:06
  • Baku Bakı 13°C

Rəqqasə Oksana: “Azərbaycan xalqı mənim arxamda durdu“

08.10.14 16:58 2224
Rəqqasə Oksana: “Azərbaycan xalqı mənim arxamda durdu“
Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” yarışmasının qalibi rəqqasə Oksana Rəsulova mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, rəqqasə təqdimat zamanı təəssüratlarını jurnalistlərlə bölüşüb: "Gözləmirdim ki, Hindistanda möhtəşəm bir müsabiqənin qalibi olaram. Həmin yarışmaya qatılanda 6 min nəfər arasından seçilib, ilk 100 nəfərlik siyahıya düşdüm. Daha sonra rəqiblərimə qalib gələrək birinci oldum. Çox sevincliyəm”.
Sənətçi Azərbaycan xalqına təşəkkür etməyi də unutmayıb: “Çox təşəkkürümü bildirəm ki, Azərbaycan xalqı mənim arxamda durdu. Məhz həmin dəstəkdən sonra azərbaycanlı olduğumu anladım. Müsabiqə müddətində təxminən gün ərzində iki saat yuxu yatırdım. Amma qazandığım nailiyyət o əziyyətə dəyər".
Müsabiqə barədə fikirlərini bitirən rəqqasə daha sonra yeni "Eşq" adlı klipini və albomunu dinləyicilərinə təqdim edib.
banner

Oxşar Xəbərlər