AZE | RUS | ENG |

"Rəqiblərimiz açıq siyasi meydanda üz-üzə gəlməkdən qorxur, sosial şəbəkələrdə tərbiyəsizlik edirlər"

"Rəqiblərimiz açıq siyasi meydanda üz-üzə gəlməkdən qorxurlar, sosial şəbəkə pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər. Bu siyasi mədəniyyətə sığımır".
 
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Milli Qurtuluş gününə həsr olunmuş tədbirdə deyib.
 
O bildirib ki, YAP gəncləri sosial şəbəkələrdə aktiv fəaliyyət göstərirlər: "İstərdim ki, gənclərimiz bu sahədə olan fəallığı zəiflətməsinlər, əksinə artırsınlar.
 
Çox təəssüf ki, rəqiblərimiz texnoloji imkanlardan siyasi etikaya uyğun gəlməyən formada istifadə edirlər.
 
Bu gün sosial şəbəkələrdən sui-istifadənin qarşısını almaq mümkün deyil, yəqin gələcəkdə belə halları məhdudlaşdırmaq mümkün olacaq.
 
Rəqiblərimiz üz-üzə gələ bilməyərək, sosial şəbəkələrin pərdəsi arxasında gizlənib tərbiyəsizliyə yol verirlər, sosial şəbəkələrdən Azərbaycanın adına uyğun gəlməyən formada istifadə edirlər.
 
Bütün bunlar siyasi reallığa uyğun gəlmir, heç kimə başucalığı gətirmir.
 
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, onların ətrafında olan az sayda gənc bu yolu seçib. İstərdim ki, bizim gənclərimiz sosial şəbəkələrdən siyasi etikaya, insanlığa sığmayan formada istifadə edənlərə geniş meydan verməsinlər”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9254
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1261
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7124
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3170