• cümə, 19 Aprel, 17:45
  • Baku Bakı 25°C

Rəqəmli yayımın üstünlükləri

01.11.16 18:30 1176
Rəqəmli yayımın üstünlükləri
Milli Televiziya və Radio Şurası ölkə ərazisində rəqəmli yayıma keçidlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, 27 sentyabr 2016-cı il tarixdə şuranın növbəti iclası keçirilib, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Prezident İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycan ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.
Şuranın 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.
Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.
Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box”-ların) əldə olunması xahiş olunur.
Şuradan əlavə edilib ki, Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanılıb. Bakı şəhəri və Abşeron yarımadası ərazisində «Elettronika» tipli İtaliya istehsalı olan TV vericisi ilə sınaq verilişləri həyata keçirilib. Şuranın Texniki şöbəsinin iştirakı ilə sınaq-ölçmə və subyektiv qiymətləndirmə işləri yerinə yetirilib.
Daha sonra, 2010-cu ildə dörd rəqəmli TV vericisi istismara verilib. Hazırda işlədilən TV yayım vericilərinin gücü artırılıb və parametrləri müasirləşdirilib. Bu parametrlər aşağıdakı cədvəldə verilir.
Respublika əhalisinin 99%-i rəqəmli TV yayımı ilə əhatə olunub. Bu məqsədlə hazırda 103 TV yayım vericisi quraşdırılıb (Onlardan 97 ədədi yayım üçün, qalan 4 ədədi isə yayıma şərait yaratmaq üçün istifadə olunur). Daha 45 azgüclü TV vericisi sifariş edilib.
Avropa Birliyi rəqəmli TV yayımının tətbiqi prosesinə 2005-ci ildən başlayıb. Bu birliyə daxil olan ölkələr DVB-T sistemindən istifadə etmək üçün razılığa gəliblər.
Rəqəmli TV yayımının əsas aşağıdakı üstünlükləri vardır:
- Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneədayanıqlığının yüksək olması
- TV vericisinin gücünün azaldılması imkanı
- Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması.
- Təsvirin və səsin canlandırılma keyfiyyətinin artması
- Yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması
- Studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi
- TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı
- İnteraktiv TV yayım sisteminin yaradılması. Bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır
- Verilişlərin arxivləşdirilməsi və yazılması imkanı
- Verilişin dilinin və subtitrlərin seçilməsi imkanı.
banner

Oxşar Xəbərlər