• şənbə, 20 Aprel, 16:43
  • Baku Bakı 23°C

“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək...

09.06.16 17:16 1982
“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” göstəriləcək...
İyun ayının 11-də saat 18.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində "Rənglər, duyğular, düşüncələr” adlı gənclərin rəsm sərgisi keçiriləcək. Sərgi Teatr və Dövlət Rəsm Qalereyasının birgə layihəsi çərçivəsində həyata keçiriləcək. Sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı rəssamları – Elşən Sərxanoğlu, Elnur Babayev, Telman Şıxıyev, Şahin Hüseynli, Yekaterina Bıçkova ilə yanaşı Rəsm Qalereyasının 5 rəssamının bir-birindən maraqlı əl işləri təqdim olunacaq.
Həmin gün sərgidən sonra saat 19.00-da teatrda "Qohumlar” tamaşasının premyerası göstəriləcək. Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin hazırladığı tamaşa Kalmık dramaturqu Baatr Basanqovun "Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli tərəfindən səhnə üçün işlənilib.
Iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanacaq yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissoru Elşən Zeynallı, rejissor assistenti Günay Qasımovadır.
Iki hissəli müziklda Xalq Artisti Yasin Qarayev, Əməkdar Artistlər Şövqi Hüseynov, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Nübar Novruzova, Qurban İsmayılov, Lətifə Əliyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Simuzər Ağakişiyeva, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Anar Seyfullayev, Vahid Orucoğlu, Mirzəağa Mirzəyev, Elşən Çarhanlı, Elnur Hüseynov, Vüsal Mehrəliyev, Elnur Kərimov, İlham Əsədov, Yasəmən Məmmədova, Dilarə Fərəcullayeva, Zemfira Əbdülsəmədova, Sona Babayeva, Məsumə Babayeva, Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Vüqar Məmmədəliyev, Elnur Əliyev, Elgün Yəhyayev, Bəhram Həsənov, Eşqin Quliyev, Aydın Dəmirov, Ceyhun Məmmədov və Yusif Dadaşov iştirak edəcəklər.


banner

Oxşar Xəbərlər