• çərşənbə, 24 Aprel, 05:40
  • Baku Bakı 14°C

“Renault Sport Racing”-in direktoru: “Bakıdakı “Formula-1” yolu çox nadirdir”

19.06.16 13:52 690
“Renault Sport Racing”-in direktoru: “Bakıdakı “Formula-1” yolu çox nadirdir”
"Bakıda təşkil edilmiş "Formula-1” yolu çox nadirdir, indiyədək belə yola rast gəlməmişik”.

APA-nın xəbərinə görə, bunu Fransa səfirliyində təşkil edilmiş qəbulda "Renault Sport Racing”-in direktoru Frederik Vasör jurnalistlərə açıqlamasında deyib.

F. Vasör deyib ki, Bakıda ilk dəfə keçirilməsinə baxmayaraq, Azərbaycan "Formula 1” yarışlarına çox yüksək səviyyədə hazırlaşıb: "Bakıda hazırlıqlar yüksək səviyyədədir. Burda quraşdırılan qurğuların yüksək keyfiyyətə malik olması bizdə müsbət təəssürat yaratdı. Özümüzü şəhər içində deyil, adi "Formula 1” yarışında iştirak edirmiş kimi hiss edirik. Surət də həddindən artıq böyükdür. Nəzərə almaq lazımdır ki, yollarda döngələr var və şəhər içində olduğuna görə burda səhv etmək hüququmuz yoxdur, dəqiq sürməliyik. "Renault” komandası isə yenidən qurulur. Müəyyən ambisiyalarımız var ki, qarşıdan gələn illərdə onun həyata keçirilməsini planlaşdırırıq”.

Qeyd edək ki, "Renault Sport Racing”-in direktoru Frederik Vasör artıq on ildən çoxdur ki, ən öndə olan komanda direktorlarından biridir. Çoxsaylı uğurlara görə tanınan "ART Grand Prix” komandası ilə Frederik Vasör hazırki "Formula 1” yarışmasının pilotlarının - Levis Hamilton, Valtteri Bottas və Niko Rosberqin hazırlanmasında mühüm rol oynayıb.
banner

Oxşar Xəbərlər