• cümə, 19 Aprel, 21:04
  • Baku Bakı 24°C

Renat Batırov: “Bakı Şopinq Festivalda xərclənın hər bir dollar sonradan artıqlaması ilə ölkənizə qayıdacaq”

18.04.17 14:30 742
Renat Batırov: “Bakı Şopinq Festivalda xərclənın hər bir dollar sonradan artıqlaması ilə ölkənizə qayıdacaq”
Bu günlərdə Bakıda olan Rusiyanın "Skolkovo” texnoparkının baş direktoru Renat Batırov paytaxtımızda təşkil olunmuş Şopinq Festivala qatılmaq fikrindədir.
APA-nın xəbərinə görə, o, festivalın rəsmi bakushopfest.com saytına müsahibəsində o bildirib ki, bu cür festivalın keçirilməsi sevimli şəhəri olan Bakı üçün çox doğru ideyadır.
Şopinq festivalların turist axınına təkan olduğunu deyən R. Batırov misal kimi, Dubay və Andorrada keçirilən festivalları göstərib: "Bir daha əmin ola bilərsiniz ki, belə reklama xərclənən hər bir dollar, ƏDV vergisi olaraq, alıcılara qaytarılan hər bir vəsait sonra 100 dəfələrlə artıq məbləğdə ölkəyə qayıdır. Bu festivalın vacib cəhəti odur ki, ölkə iqtisadiyyatında turizm gəlirlərinin həcmini kəskin şəkildə artırır. Çünki bütün xidmət sektoru inkişaf edir - hotellər, restoranlar və aviaşirkətlərin də gəlirləri artır”.
Qeyd edək ki, R. Batırov Bakıda Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyivə Rusiyanın "Skolkovo” Fondunun təşkilatçılığı ilə keçirilən "Açıq İnnovasiyalar üzrə Startap Turu” (Open Innovations Startup Tour) konfransında iştirak edir.
banner

Oxşar Xəbərlər