• cümə axşamı, 18 aprel, 15:49
  • Baku Bakı 22°C

Rəmişin oğlu öldü

19.07.13 16:53 1717
Rəmişin oğlu öldü
Məşhur gitara ustası Rəmişin oğlu Hüseyn Hüseynov rəhmətə gedib.
"Qafqazinfo"nun məlumatına görə, Rəmişin ikinci həyat yoldaşı Arzu xanımdan olan oğlu Hüseyn (“Quska” adıyla tanınır) 8 il əvvəl Rusiyada məhkum olunmuşdu və cəzaçəkmə müəsisələrindən birində həbs həyatı yaşayırdı. “Narkotik” ittihamı ilə həbs olunan Hüseyn RF qanunvericiliyinə əsasən, 9 il həbs cəzasına layiq görülmüşdü.
H.Hüseynovun meyiti artıq ölkəyə gətirilib və doğulduğu Yevlax şəhərinin qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Arzu xanımla qeyri-rəsmi evlilik həyatı sürən və 5 il Yevlaxda, Cahangir Kərimov küçəsində yaşayan Rəmişin tərcümeyi-halında oğul atası olduğu barədə heç bir məlumat yoxdur. Rəmişin özü də efirlərdəki açıqlamalarında heç vaxt oğlunun adını çəkməyib və bu da 5 il birgə yaşadığı Vahidovlar ailəsinin narazılığına səbəb olub.
banner

Oxşar Xəbərlər