• cümə axşamı, 25 aprel, 09:25
  • Baku Bakı 14°C

Rəmiş: “Rəqsanədən zəhləm gedirdi...“

03.04.14 13:31 1212
Rəmiş: “Rəqsanədən zəhləm gedirdi...“
Əməkdar artist, gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov) avtomobil qəzasında dünyasını dəyişən Hüseyn Dəryadan danışıb. Lent.az-a açıqlama verən sənətkar mərhum reperi qınayanları anlamadığını deyib:
“Hüseyn ölüb. Allah rəhmət eləsin. Diri ikən bunun cibinə bir manat qoyan olmayıb. İndi ölüb, hamı ağlayır. O gün də müğənni Rəqsanənin televiziyada Hüseyn barədə dediyi sözlərə qulaq asdım. O dedi ki, “Hüseynin niyə mərifətindən yox, narkotik istifadəçisi olmağından danışırlar? Narkotiki kim işlətmir ki? Onun sənətindən danışın”. Bax, onun bu sözləri çox xoşuma gəldi. Mənim Rəqsanədən zəhləm gedirdi, amma ogünkü çıxışından sonra onu çox istəyəcəm. Şou-biznesin 99 %-i narkotik istifadəçisidir. Mən bunu bilirəm. Məni aldatmaq olmaz.
Çünki vaxtı ilə mən də narkotik istifadəçisi olmuşam. İndi Türkiyədə Deniz Seki adında bir müğənnini narkotikə görə tutublar. Guya Azərbaycanda elə müğənnilərimiz yoxdu? Sözümü ona gətirirəm ki, insana gərək vaxtında qiymət verilsin. Sağlığında Hüseyn barədə xoş söz danışardılar, vəziyyəti ilə maraqlanardılar. Öləndən sonra danışmaq, ağlamaq lazım deyil. Sadəcə, bizə “Allah rəhmət eləsin” demək düşər”.
banner

Oxşar Xəbərlər