• çərşənbə, 08 May, 18:35
  • Baku Bakı 18°C

Rektor: "Təsisçi Qafqaz Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib"

18.01.17 13:20 809
Rektor: "Təsisçi Qafqaz Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib"
"Yanvarın 9-da Qafqaz Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı təsisçi Beynəlxalq Təhsil Kompleksi tərəfindən qərar qəbul olunub”.
BunuAPA-ya açıqlamasında Qafqaz Universitetinin rektoru Havar Məmmədov deyib.
O bildirib ki, hazırda Ləğvetmə Komissiyası yaradılıb.
H. Məmmədovun sözlərinə görə, tələbələrin başqa universitetlərə köçürülüb-köçürülməyəcəyi, universitetinin başqa ad altında fəaliyyət göstərib-göstərməyəcəyi aidiyyəti qurumlarınmüvafiq qərarından asılı olacaq: "Tələbələrin, müəllimlərin hüquqları pozulmayacaq. Təsisçi tərəfindən bu məsələ ilə bağlı iş aparılır”.
H. Məmmədov "Universitet artıq fəaliyyətini dayandırıbmı" sualına cavab verməyib.
banner

Oxşar Xəbərlər