• cümə axşamı, 28 mart, 16:09
  • Baku Bakı 16°C

Rektor Prezident təqaüdçüləri ilə görüşüb - Fotolar

28.09.16 11:38 2269
Rektor Prezident təqaüdçüləri ilə görüşüb - Fotolar
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Prezident təqaüdçüsü olan tələbələrlə görüşüb.

Görüşdə rektor G.Gəraybəyli yenicə ATU-nun tələbəsi adını qazanan gəncləri təbrik etdi. Onların yüksək göstərici ilə ali məktəbə qəbul olunmasında inadkarlıq və əzmkarlığın böyük rol oynadığını bildirdi: "Uzun illərdir ki, Tibb Universiteti istər Prezident təqaüdçüləri, istərsə də 600-dən yuxarı bal toplayan digər tələbələrin sayına görə respublikanın ali məktəbləri arasında ilk yerdədir. Sevindirici haldır ki, bu il də I kursa qəbul olunan tələbələrimiz arasında belə bacarıqlı gənclər çoxdur”.

Professor G.Gəraybəyli "Prezident təqaüdçüsü” kimi şərəfli bir ada layiq görülən gənclərə həmin mükafatın tarixini də xatırlatdı. Rektor qeyd etdi ki, Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra ilk illərdə ölkədə gənc kadrlara böyük ehtiyac yaranmışdı. Məhz bu baxımdan, ümummilli lider Heydər Əliyevin Prezident təqaüdü təsis etməsi haqqında məşhur 564 saylı fərmanı yerli kadrların yetişdirilməsi işinə böyük töhfə oldu. Həmin vaxtdan etibarən hər il 100-ə yaxın tələbə bu təqaüdə layiq görülür. Əminik ki, siz Tibb Universitetinin divarları arasında öz biliklərinizi daha da artıracaq, "Prezident təqaüdçüsü” adını 6 ildə fəxrlə qoruyub saxlaya biləcəksiniz”.

Görüşün sonunda II müalicə profilaktika fakültəsinin (II MPF) tələbəsi İsmayılova Səbinə və Bayramova Nisə çıxış edərək ATU tələbəsi sırasına qoşulduqlarına görə çox məmnun olduqlarını və belə bir şərəfli təqaüdə layiq görüldüklərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.

Qeyd edək ki, 2016/2017-ci tədris ilində Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə Azərbaycan Tibb Universitetinə 1002 nəfər tələbə qəbul olunub. Onların arasında 419 nəfər 600-dən artıq bal toplayıb. Onlardan 3 nəfər - 700 qəbul balı ilə ATU-ya daxil olub 954 nəfər həkim və hərbi həkim, 48 nəfər hərbi feldşer ixtisasını seçib. 500-dən çox bal toplayanların sayı isə 444 nəfərdir.

banner

Oxşar Xəbərlər