• çərşənbə axşamı, 23 aprel, 19:03
  • Baku Bakı 20°C

Reklam sahəsində yenilik: Elektron müraciət sistemi yaradılacaq

18.07.18 16:44 399
Reklam sahəsində yenilik: Elektron müraciət sistemi yaradılacaq
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) yaranmasının bir illiyi münasibətilə mətbuat nümayəndələri üçün "Açıq qapı" günü təşkil edilib.
Məqsəd ictimaiyyəti açıq məkanda reklam yerləşdirilən zaman mövcud prosedurların sadələşdirilməsi yönündə yeni texnologiyaların tətbiqi barədə məlumatlandırmaq, sahibkarların inzibati yükünün azaldılması istiqamətində görülən işlər və yaradılan şəffaf şəraitlə tanış etmək olub.
Bildirilib ki, ölkə üzrə 11 regional idarədən ibarət agentliyin müfəttişləri mütəmadi monitorinqlər aparır, açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzlərinin qorunmasını təmin edir. Həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində də müəyyən addımlar atılır. Müfəttişlər ərazilərdə monitorinqlər aparmaq üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillərlə təmin ediliblər.
Qeyd edək ki, ADRA açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onların üzərində yerləşdirilən reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir. Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir.
Günel Azadə
banner

Oxşar Xəbərlər