• cümə, 19 Aprel, 02:49
  • Baku Bakı 18°C

“Reket jurnalistika“ ilə mübarizə gücləndirilməlidir

24.01.14 11:52 1031
“Reket jurnalistika“ ilə mübarizə gücləndirilməlidir
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Mətbuat Şurasının (MŞ) illik hesabat konfransında çıxışı zaman deyib.
V.Səfərli qeyd edib ki, MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası böyük işlər görür: "Elə qəzetlər var ki, adları bir neçə dəfə "qara siyahı"ya düşüb, hətta işləri məhkəməyə qədər gedib çıxıb, amma onlar yenə də bu əməllərindən əl çəkmirlər. Biz onlara qarşı mübarizəni daha da gücləndirməliyik".
İcraçı direktor ümumilikdə MŞ-nin fəaliyyətini yüksək dəyərləndirib. O qeyd edib ki, əvvəlki illərlə müqayisədə Mətbuat Şurasına daxil olan şikayətlərin sayı azalıb: "Bu, onu göstərir ki, Mətbuat Şurası mütəmadi iş görür, istər vətəndaşlar, istər redaksiyalardan daxil olan şikayətlər MŞ tərəfindən araşdırılır".
V.Səfərli MŞ-nin hesabatını qənaətbəxş saydığını bildirib.
banner

Oxşar Xəbərlər