AZE | RUS | ENG |

"Reket" baş redaktorun məhkəməsində zərərçəkmiş: 300 manat verib yazını sildirdim

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov deyib ki, məktəb direktoru işlədiyi vaxtlarda İ.Rəhimov özünü jurnalist kimi təqdim edərək onun barəsində yazı yazıb: "2014-cü ildə bir dəfə zəng etdi ki, maşını qırılıb, yolda qalıb. Mən də pul verdim. Sonra da mütəmadi olaraq pul istədi. Barəmdə yazı yazacağını bildirirdi". Zərərçəkmişin ifadəsinə etiraz edən təqsirləndirilən şəxs deyib ki, Z.Hüseynov əvvəllər çalışdığı "Hürriyyət" qəzetinə abunə olub və pulu da buna görə verib. Prosesdə ifadə verən digər zərərçəkmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şabran rayonu üzrə 5 saylı ərazi şöbəsinin direktoru Rafiq Əbilov isə İ.Rəhimovu şəxsən tanımadığını deyib: "İkram Rəhimovu şəxsən tanımamışam. Onun saytında barəmdə yazı yazılmışdı. Həmin yazını tanışım vasitəsilə sildirib 300 manat göndərdim. Hazırda İkram Rəhimovdan şikayətçi deyiləm". Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb. Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işində 6 zərərçəkmiş var.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775