• çərşənbə, 24 Aprel, 00:49
  • Baku Bakı 14°C

Çörək ucuzlaşdı, un bahalaşdı - Rəsmi

14.04.14 14:31 1246
Çörək ucuzlaşdı, un bahalaşdı - Rəsmi
Ötən ay ərzaq məhsullarının qiymətləri 0,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.
Ay ərzində qarabaşaq yarmasının, çörəyin, toyuq ətinin, yumurtanın, göyərtinin, çuğundurun, kökün, kartofun, şəkər tozunun qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, buğda ununun, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, balqabağın, soğanın, sarımsağın, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
banner

Oxşar Xəbərlər