• cümə axşamı, 25 aprel, 20:43
  • Baku Bakı 21°C

Ürək əvəzinə zibil vedrəsi gəzdirmək olmaz - Buffon

12.04.18 10:20 863
Ürək əvəzinə zibil vedrəsi gəzdirmək olmaz - Buffon
"Yuventus”un qapıçısı Canluici Buffon Çempionlar Liqasının 1/4 finalında "Real”la keçirilən cavab qarşılaşmasından (3:1) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, baş hakim Maykl Oliveyro qarşılaşmaya əlavə edilmiş dəqiqədə "Yuve”nin qapısına penalti təyin edib və Buffonu meydandan qovub. Buffon hakimi bu qərarına görə kəskin tənqid edib:
"Mən bilirəm ki, hakim hər şeyi gördü. Bu, mübahisəli epizod idi. Ancaq oyunun 93-cü dəqiqəsində mübahisəli epizoda görə penalti təyin etməzlər.
İlk hissədə isə bizim lehimizə təmiz penaltini təyin etmədi. Komanda bütün gücünü sərf etdi. Bir nəfər isə bu zəhməti yerə vurmamalıdır. Ürək əvəzinə zibil vedrəsi gəzdirmək olmaz.
Əgər sənin xarakterin yoxdursa, onda meydana çıxma, həyat yoldaşınla, övladlarınla tribunada oturub çipsi ye, sprayt iç”.
banner

Oxşar Xəbərlər