AZE | RUS | ENG |

“Ürək daşı”nın ilk imza günü keçirilib

“Ürək daşı”nın ilk imza günü keçirilib
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda "ZirvəKitab” layihəsi çərçivəsində çap edilən ilk kitabın – tanınmış şair-publisist Əkbər Qoşalının "Ürək daşı” şeirlər kitabının "İmza günü” keçirilib.
 
Tədbirin aparıcısı və "ZirvəKitab” layihəsinin rəhbəri gənc şair İntiqam Yaşar "İmza günü”ndə millət vəkilləri, elm, ədəbiyyat nümayəndələri, o cümlədən yeni nəsil yazarları, qeyri-hökumət təşkilatları təmsilçilərinin və fəal oxucuların, müəllifin yaxın dostlarının iştirak etdiyini bildirib.
 
 
 
"Ürək daşı”nın redaktoru, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr.Almaz Ülvi, kitabın önsöz müəllifi, Əli Kərim adına Poeziya Klubunun direktoru, görkəmli şair İbrahim İlyaslı, millət vəkilləri – dos.dr. Qənirə Paşayeva, prof.dr. Jalə Əliyeva, Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzinin müdiri dos.dr. Cihan Özdəmir, GYF-nin prezidenti Əhməd Tecim, Atatürk Mərkəzinin müdir müavini Osman Ənvəroğlu, tanınmış ədəbiyyatşünas prof.dr.Rüstəm Kamal, Xalq artisti Eldost Bayram, "Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov, Əkbər Qoşalının orta məktəb müəllimi Rita Novruzova, tanınmış alim dos.dr. Teymur Zeynalov "Ürək daşı” və "Ürək daşı”nın müəllifi haqqında ürək sözlərini bölüşüblər. Çıxışlarda bidirilib ki, əslində bu gün Əkbər Qoşalının şeir hesabatı günüdür. Çıxışçılar Əkbər Qoşalının şair, publisist, türkoloq və ictimai xadim kimliyinin məziyyətləri barədə fikirlərini bölüşüb. 12 illik fasilədən sonra, 45 yaşında ikinci şeirlər kitabı ilə oxucuların görüşünə gələn müəllifin bu hərəkətini onun sözə yüksək məsuliyyətlə yanaşması, fəal ictimai çalışmaları ilə bağlayan çıxışçılar, onu ideyalı yazar olaraq xarakterizə ediblər; Altaylardan ta Balkanlara qədər tanınan bir imza sahibi olan Əkbər Qoşalının şəxsi əlaqələrini öz şeirlər kitabına deyil, yeni nəsil Azərbaycan və ümumtürk ədəbiyyatının təbliğinə, ümumən türk dünyasında ədəbi əlaqələrin güclənməsinə həsr etdiyi vurğulanıb. Əkbər Qoşalı "İmza günü”nün iştirakçılarına təşəkkür edib, öz yeni şeirlərini oxuyub.
 
 
 
Gənc müğənni Coşğun Viləş, gənc aşıqlar – Əli Kəlbəcərli, Xavər Hüseyinli, Xətai Kərim və Cavanşir Ənvəroğlu "İmza günü”ndə öz musiqi töhfələri ilə çıxış edib, Əkbər Qoşalının şeirlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər.
 
Sonda, müəllif "Ürək daşı”nı oxucular üçün imzalayıb. "Ürək daşı”nın Azərbaycan Yazıçılar Birliyində, "Zirvə” Tədris Mərkəzində, habelə Tovuzda da "İmza günü”nün keçirilməsi nəzərdə tutulub.
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916