AZE | RUS | ENG |


Ürək - damar xəstəliklərindən daha çox kimlər əziyyət çəkir?

Ürək - damar xəstəliklərindən daha çox kimlər əziyyət çəkir?
Varlı və kasıb ölkələrdəki təzadlı məqamlar

Hər hansı bir cəmiyyətdə insanlar gəlir və ya rifah səviyyəsinə, yaşayış standartlarına görə aşağı, orta və yuxarı gəlirli  təbəqələrə ayrılırlar. Bu  yazımda ürək-damar  xəstəliklərinin gəlir  səviyyəsi baxımından məcazi  mənada  desək, insanlar  arasında  seçim  edib-etmədiyindən söz açacağam. Bunda məqsədim hər hansı  bir  dövlət  qurumunu,  hər hansı  bir insanı,  hər hansı  bir  cəmiyyəti  və ya  təbəqəni tənqid  etmək və ya  onları  incitmək  deyil. Məqsədim  çox  maraqlı  və  bir  o  qədər  də  acınacaqlı  bir  mövzu barədə  dəyərli oxuyucularımızı məlumatlandırmaqdır. 
 
 Bu  faktorlar  içində  bəlkə  də  ən  önəmli  olanı...
  
Son  zamanların məşhur  bir  sözü  var: "Müasir həyat tərzi bizi xəstələndirir” Ancaq insanların  bir  qismi  müasir həyat tərzi ilə varlı və ya zəngin insanların həyat tərzini eyni mənada anlayırlar. Və nəticədə varlı və ya gəlir səviyyəsi yüksək təbəqəli insanların daha çox xəstələndiklərinə - əsrimizin bəlası olan xərçəng xəstəliyinə daha çox tutulduqlarına və ya daha çox infarkt və ya beyin insultu keçirdiklərinə inanırlar.  Çünki  varlı  təbəqəli  insanların  daha  çox  yeyib-içdiklərini, daha  çox  stresslə üzləşdiklərini, daha  az  hərəkət  elədiklərini  düşünən insanlar az  deyil. Ancaq həqiqətlər tam başqadır.  Ürək-damar xəstəliklərinin 65 faizi  aşağı və orta gəlirli insanlarda, cəmiyyətlərdə və ya  ölkələrdə  (az  inkişaf etmiş  və ya inkişaf  etməmiş ölkələrdə) təsadüf edilir.  Yüksək gəlirli  dövlətlərə (inkişaf  etmiş  ölkələrdə) və insanlara nisbətən, aşağı və orta gəlirli dövlətlərdə və ya insanlarda ürək-damar xəstəliklərinin daha çox yayılmasının ən önəmli səbəblərindən biri ürək-damar  xəstəliyinə  səbəb olan diabet, hipertaniya, köklük, stress, siqaret çəkmək və sairə  risk faktorlarının   aşağı  və  orta  gəlirli  ölkələrdə və ya  bir  cəmiyyətin kasıb və  orta  təbəqələrində daha çox  yayılmış  olmasıdır.  Digər  önəmli səbəblər aşağı gəlirli insanlarda  yetərsiz qidalanmanın və ya  sağlam şəkildə  qidalanmamağın daha  çox olması ( yetərli və sağlam qidalanmaya təsir edən ən önəmli faktorlardan biri də gəlir səviyyəsidir),    stress faktorunun aşağı gəlirli  insanlarda daha çox olması, gəlirləri aşağı olan insanların keyfiyyətli tibb xidmətlərindən faydalana bilməməsi, əhalinin sayının artdıqca, dövlətin  keyfiyyətli  tibb  xidmətini  verə  bilməməsi  və sairədir. Bu  faktorlar  içində  bəlkə  də  ən  önəmli  olanı  aşağı  təbəqəli  insanların  keyfiyyətli  tibbi  xidmətlərdən  faydalana  bilməməsidir. Araşdırmalar yuxarı  gəlirli   insanların kasıblara, yəni  aşağı  gəlirli insanlara  nisbətən meyvə, tərəvəz, protein və doymamış yağ turşularından (zeytun yağı, balıq yağı və s.)  daha çox istifadə etdiklərini göstərir. Ancaq ürək-damar sistemi üçün çox zərərli olan karbohidratı, yəni şəkərdən kasıblar daha çox istifadə edirlər. Siqaret çəkməyi tərgidənlərin sayı gəlir  səviyyəsi  yuxarı olan  ölkələrdə artarkən,  kasıb ölkələrdə  siqaret çəkən insanların sayı get-gedə artır. 
 
İdeal  bir  araşdırma  
 
Ürək  damar  xəstəliklərinin  ən  çox  aşağı  və  orta  gəlirli  ölkələrdə və ya bir  cəmiyyətin kasıb və  orta  təbəqələrində olduğu aşkardır.  Bir  insan  infarkt  və ya  beyin  insultu  keçirdikdən    sonra o  insanın  yaşaması  və  ömrünün  uzanması  üçün bəzi  dərmanları  mütləq  içmək  məcburiyyətindədir.  Bəs   aşağı  və  ya  yuxarı   gəlirli  ölkələrin insanları  xəstələndikləri (ürək-damar  xəstəliyinə  tutulduqları  zaman)  zaman içilməsi  gərəkən  dərmanları  nə  dərəcədə qəbul edirlər?   Bu  ölkələrin  insanları   keyfiyyətli  və  intensiv  dərman  müalicəsindən  yararlana  bilirlərmi?   Çox  təəsüf ki, bu  sualın  çox   acınacaqlı  bir  cavabı  var.  Hər hansı  bir müalicənin intensivliyi,  effektivliyi   və ya  o  müalicədən  faydalanma ehtimalı  ölkə əhalisinin  gəlir  səviyyəsinə görə  də  dəyişir.   2001-ci  ilin  oktyabr ayında dünyanın  məşhur  tibb  jurnallarından  olan  "Lancet”də   17  ölkədə  ürək-damar  xəstəliyi  olan və  ya beyin insultu  keçirən  35-70  yaş  arasındakı minlərlə insan  üzərində  aparılmış  bir  araşdırmanın (qısa  adı ‘’PURE’’ araşdırmasıdır)   nəticələri  açıqlandı.   Araşdırma  nəticəsində  məlum  oldu  ki, gəlir  miqdarı (və ya  səviyyəsi)  aşağı  olan  ölkələrin insanları gəlir miqdarı  yuxarı  olan  ölkələrin  insanları  ilə  müqayisədə  qan  durulducu  dərman  olan   aspirini və eləcə də  qan  təzyiqini  və  ya xolesterini  salmaq üçün  istifadə edilən dərmanları  daha  az qəbul edirlər.  Araşdırma yuxarı  gəlirli ( Birləşmiş Ərəb Əmirlikləri, Kanada, və İsveç) ,  yuxarı-orta  gəlirli (Türkiyə,  Braziliya, Çili,  Malayziya, Cənubi Afrika, Argentina və  Polşa) , aşağı-orta  gəlirli (Kolumbiya, İran və  Çin)  və  aşağı  gəlirli (Pakistan , Banqladeş, Zimbabve və Hindistan)  ölkələrdə  aparılmışdır.  Ən  yaxşı  dərman  müalicəsinin (intensiv, daima və yetərli qədər)   yuxarı  gəlirli  ölkələrdə olduğu  müəyyən  edilmişdir.  Bu  araşdırma  çox  ideal  bir  araşdırma  idi.  Çünki  araşdırmanı  elə  dizayn etmişdilər ki, nəticələri  ölkələrin  səhiyyəsinin durumu barədə real  həqiqəti ortaya çıxarmışdır. Yəni  aşağı  gəlirli  ölkələrin  insanları  ürək-damar sağlamlığı  baxımından  çox  önəmli  olan  dərmanları  daha  az  qəbul edirlər. 
 
Bu  acınacaqlı  vəziyyətə səbəb  sadəcə, ölkələrin  gəlir  səviyyəsinin aşağı olması da deyil
 
Bu  araşdırmada  ayrıca  o  da  məlum  oldu  ki, gəlir  miqdarı (və ya  səviyyəsi)  aşağı  olan  ölkələrin insanları infarkt  və  ya  beyin  insultu  keçirdikləri  zaman gəlir miqdarı  yuxarı  olan  ölkələrin  insanları  ilə  müqayisədə  həm həkimə  daha  az  müraciət  edirlər  həm də ilk dəfə müraciət  etdikdən  sonra   kontrol  müayinələrə   daha az  gedirlər. Bəs  aşağı  gəlirli  insanlar  nəyə  görə  daha  az  dərman  içirlər, ibbi xidmətlərdən nəyə  görə daha  az  faydalanırlar?    Və ya  nəyə  görə  həkimə  daha az müraciət  edirlər? Bunun ən önəmli  səbəblərindən  biri  aşağı gəlirli ölkələrin və o  ölkələrin  insanlarının  iqtisadi  vəziyyətidir. Yəni pulsuzluq  bir  səbəbdir.    Bir  digər səbəb  bəzi  ölkələrdə icbari tibbi sığorta  sisteminin  olmamasıdır.  Ancaq onu da  deyim  ki,  bu  acınacaqlı  vəziyyətə   səbəb  sadəcə, ölkələrin  gəlir  səviyyəsinin  aşağı  olması  da deyil.  Bəzi ölkələr  gəlir  səviyyəsinə görə  yuxarı-orta  səviyyəli ölkələr  olsalar  da,  insanlar istifadəsi vacib olan dərmanları daha az qəbul edirlər. Məsələn, bu  araşdırma Türkiyədə aparılmışdır.  Türkiyə gəlir   səviyyəsinə görə  yuxarı-orta  səviyyəli  ölkə  olaraq  göstərilir.   Ancaq  araşdırma  zamanı Türkiyədəki  xəstələrin  təxminən  yarısının içilməsi  vacib  olan dərmanları  qəbul etmədikləri məlum  oldu.  Bu cür  ölkələrdə  bunun ən  önəmli  səbəbləri xəstələrin kifayət  qədər  məlumatlandırılmaması,  tibbi  xidmət  sisteminin  təşkilindəki  çatışmazlıqlar,  kamu  spotlarının  yetərsizliyi və  sairə  kimi  faktorlar  göstərilir.  Çünki  Türkiyədə əhalinin  tibbi  sığortası  mövcuddur və   xəstələrin  içdikləri  dərmanların   xərci  dövlət  sığorta  qurumu tərəfindən  ödənilir.   
 
Son söz: İnfarkt və  ya beyin  insultu  keçirdikdən sonra  yaşamaları və ya  ömürlərinin  uzanması  üçün içilməsi  vacib olan  dərmanları aşağı  gəlirli  insanlar yuxarı  gəlirli  insanlarla  müqayisədə daha  az  içirlər. Kasıb  və ya varlı,  kəndli  və ya  şəhərli, yaşlı  və ya  cavan,  qadın  və ya kişi  cəmiyyətin  hər bir  fərdi haqqı  olan tibbi  xidmətdən faydalanmalıdır.  Yazımı  46  il  Osmanlı  imperiyasına  bvaşında duran 10- cu Osmanlı  sultanı Qanuni Sultan Süleyman  Şahın xəstə  olarkən yatağında söylədiyi məşhur bir  misrası  ilə  bitirmək  istəyirəm: "Halk içinde muteber bir nesne yok devlet gibi,  Olmaya devlet cihanda bir nefes sıhhat gibi’’ (Xalqın-insanların  gözündə var-dövlət, iqtidar  qədər  mötəbər  bir  şey  yoxdur.  Halbuki,  bu  dünyada sağlam  bir  nəfəs  kimi daha  mötəbər , dövlətli , güclü   bir  şey  də yoxdur).  
 
Uzm. Dr. Yalçın Velibey, 
Kardiyoloji Uzmanı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022