• çərşənbə axşamı, 19 mart, 10:08
  • Baku Bakı 8°C

Ürək-damar sistemini qoruyan brokkoli

23.08.19 10:00 10175
Ürək-damar sistemini qoruyan brokkoli
Brokkoli kələmçiçəyikimilər fəsiləsinə aid olan birillik bitkidir. Qida dəyəri baxımından çox əhəmiyyətli olan bu tərəvəzi ilboyu əldə etmək mümkündür.
AZƏRTACtibbi saytlara istinadla xəbər verir ki, bəzən uşaqlar və böyüklər brokkolinin dadını bəyənməsələr də, onun çoxlu xeyirli cəhətləri var.
Bitkinin gövdəsi 50-90 santimetr uzunluğa malikdir. Əsasən bitkinin çiçək və zoğ hissəsindən istifadə edilməsi tövsiyə olunur, çünki daha çox sellüloza və lif həmin hissədə yerləşir. Onun buxarda bişirilməsi və yağda qovrulması tərkibindəki vitaminlərin daha çox qalmasına səbəb olur.
Brokkolinin rənginin saralması onun keyfiyyətinin itməsi deməkdir. Ürək-damar sistemini qoruyan brokkoli müxtəlif xəstəliklər zamanı da çox əhəmiyyətlidir. Dərinin sağlam və hamar qalmasına müsbət təsir göstərir.
banner

Oxşar Xəbərlər