• cümə, 29 Mart, 18:15
  • Baku Bakı 14°C

Rejissor Rinqo Lem vəfat edib

31.12.18 10:30 689
Rejissor Rinqo Lem vəfat edib
Honkonq rejissoru, ssenariçisi, prodüseri və aktyoru Rinqo Lem63 yaşındavəfat edib.
"Report” xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.
Bildirilir ki, o, son günlər qripə yoluxub və həkim məsləhəti olmadan dərman qəbul edib.
Rinqo Lem Honkonq kinematoqrafiyasının"qızıl əsri"nin (1980-ci illər - 1990-cı illərin əvvəli) ən yaxşı kriminal film rejissorlarından biri hesab olunur. Onun ən məşhur işi 1983-cü ildə ekranlaşdırılmış və Çin aktyoruÇou Yu-Fatın oynadığı "Alov içində şəhər" kriminal trilleridir. Lemin "Maksimal risk" (1996), "Replikant" (2001), "Cəhənnəmdə" (2003) filmlərində isəJan-Klod Van Dammçəkilib. Rejissor həmçinin 1992-ci ildə çəkilən "Əkiz əjdəhalar" komediyasının həmmüəllifidir. Burada baş roluCeki Çanoynayır.
banner

Oxşar Xəbərlər