• cümə axşamı, 18 aprel, 16:54
  • Baku Bakı 22°C

Rəhman Mustafayev: Azərbaycan daha güclü regional mərkəzə çevriləcək

10.10.17 09:05 981
Rəhman Mustafayev: Azərbaycan daha güclü regional mərkəzə çevriləcək
Fransanın şimal–şərqində yerləşən Belfort şəhərində "Alstom Transportation S.A.” şirkətinin "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimindən sonra Azərbaycanın Fransadakı səfiri Rəhman MustafayevAZƏRTAC-a müsahibə verib. Səfir ilk lokomotivin Azərbaycana göndərilməsi münasibətilə yüksək səviyyədə təşkil olunan mərasimdə iştirak etməkdən məmnun olduğunu vurğulayıb. Bildirib ki, təqdimat mərasimi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin təzahürüdür. Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə 2014-cü ildə "Alstom” və "Azərbaycan Dəmir Yolları” QSC-nin imzaladığı müqavilə ölkəmizdə dəmir yol infrastrukturunun kökündən yenilənməsinə və müasirləşməsinə xidmət edir. Bu müqavilə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksək inkişafının bariz nümunəsidir.
Səfir Azərbaycanda böyük beynəlxalq şirkətlərin fəaliyyəti üçün əlverişli şərait olduğunu diqqətə çatdırıb.
"Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və ümumilikdə Azərbaycanın regionun nəqliyyat xəritəsində aparıcı yer tutması dövlətimizin başçısının bu sahəyə xüsusi qayğısının nəticəsidir. Yeni lokomotivlər ölkəmizdə nəqliyyat xidmətlərinin keyfiyyətini artıracaq. "Alstom” şirkəti ilə imzalanmış müqavilə Azərbaycanı daha güclü regional mərkəzə çevirəcək. İnanırıq ki, bu müqavilə Avropada ən nüfuzlu şirkət olan "Alstom” ilə əməkdaşlığımızın başlanğıcdır. Hər iki şirkət bu əməkdaşlığı daha da genişləndirəcək. Əminəm ki, bu müqavilə ilə ölkəmizin nəqliyyat sahəsində böyük uğurlara imza atacağıq”, - deyə səfir Rəhman Mustafayev vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan "Alstom” şirkətinə region ölkələri ilə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar yaradır.
banner

Oxşar Xəbərlər