• cümə axşamı, 25 aprel, 05:58
  • Baku Bakı 19°C

Rəhbərlik qovmasa, qalacaq

14.05.18 10:35 635
Rəhbərlik qovmasa, qalacaq
"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri "Roma” ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, "Yuventus” bu heç-heçədən sonra İtaliya çempionluğunu rəsmiləşdirib. Alleqri isə bildirib ki, rəhbərlik onu qovmasa, "Yuventus”da qalacaq:
"Mən xoşbəxtəm. Klub tarixində yeni uğura imza atmışıq. Çox ağır mövsüm oldu. "Napoli”yə təşəkkür edirəm. Onlar bizə böyük təzyiq göstərdilər.
Hesab edirəm ki, rəqib üzərində əsas üstünlüyümüz sakitliyimizi qorumağımız oldu. Əgər rəhbərlik məni qovmasa, onda "Yuventus”da qalacağam.
Bir qədər istirahət etdikdən sonra yeni mövsümün planlarını qurmaq olar. Gələn mövsüm hər şey sıfırdan başlayacaq və rəqabətə davamlı olduğumuzu göstərməliyik”.
banner

Oxşar Xəbərlər