• çərşənbə, 24 Aprel, 12:12
  • Baku Bakı 27°C

Regionların inkişafı üzrə Dövlət Proqramı çərçivəsində yatırılan sərmayələrin həcmi açıqlanıb

29.01.18 13:40 660
Regionların inkişafı üzrə Dövlət Proqramı çərçivəsində yatırılan sərmayələrin həcmi açıqlanıb
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində bölgələrdə 4,5 milyard manat sərmayə qoyulub.
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2017-ci ildə qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması, həmçinin ümumilikdə bölgələrin inkişafı üzrə tədbirlər davam etdirilib.
Ş.Mustafayev hesab edir ki, bu Dövlət Proqramı regionların xarici görkəmini kökündən dəyişib.
banner

Oxşar Xəbərlər