• cümə, 29 Mart, 12:22
  • Baku Bakı 14°C

Regionlarda sahibkarların maarifləndirilməsi davam edir

08.05.14 16:06 1238
Regionlarda sahibkarların maarifləndirilməsi davam edir
Qazaxda İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri, marketinq, İSN tərəfindən göstərilən elektron xidmətlər mövzularını əhatə edən treninqdə kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, marketinqin növləri və prinsipləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, treninqdə İSN tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər