• cümə, 29 Mart, 11:45
  • Baku Bakı 5°C

Regionlarda maarifləndirmə tədbirləri keçiriləcək

28.07.16 16:53 1367
Regionlarda maarifləndirmə tədbirləri keçiriləcək
"Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihə həyata keçirəcəkdir.
Layihənin məqsədi regionlarda qadın və uşaqlara qarşı zorakılığın, erkən nikah hallarının aradan qaldırılması üçün qadınların, uşaqların, gənclərin, müvafiq dövlət orqanlarının nümayəndələrinin, bələdiyyələrin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil etmək, insanların bu məsələlərə ictimai qınağının formalaşdırılması üçün onların fəallığını artırmaq, mövcud problemləri öyrənmək və müvafiq qurumlara təklif və tövsiyələri təqdim etməkdən ibarətdir.
Layihənin icrası məqsədilə Quba, Xaçmaz, Ağsu və Göyçay rayonlarında qadınlar, kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hər rayon üzrə maarifləndirmə tədbirləri keçiriləcəkdir.
Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyatı qurumlara təqdim ediləcəkdir.
banner

Oxşar Xəbərlər