• cümə axşamı, 28 mart, 20:57
  • Baku Bakı 13°C

Regionda enerji daşıyıcıları xəritəsini dəyişən layihə

25.02.17 11:00 1086
Regionda enerji daşıyıcıları xəritəsini dəyişən layihə
"2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təməlini qoyduğumuz Trans-Anadolu Qaz Boru Xətti (TANAP) "Cənub Qaz Dəhlizi" layihəsinin dönüş nöqtəsi olub. "Cənub Qaz Dəhlizi"nin əsas parçası olanTANAP layihəsi çərçivəsində işlərin 65%-i, "Cənub Qafqaz Boru Xətti" layihəsinin 80%-i, Trans-Adriatik Qaz Boru Xətti (TAP) layihəsinin 35%-i tamamlanıb. "Şahdəniz" yatağının 90%-i işlənilib. TANAPanlaşması olmasaydı, bu layihə reallaşmazdı".

Bu sözləri prezident İlham Əliyev Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasında deyib. Vurğulayıb ki, TANAPlayihəsinin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb: "Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. Nəticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq. Bu tədbirdə müxtəlif ölkələrdən mötəbər nümayəndələr iştirak edir. AzərbaycanAvropa Komissiyası ilə bu mühüm layihələrin həyata keçirilməsində sıx əməkdaşlıq qurub. Biz unikal və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”.

Bu haqda fikirlərini bölüşən ekspertlərin fikrincə, bu layihələrin reallaşmasında Azərbaycanın mühüm rola malik ölkə olduğu bir daha aydın olur. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində özünəməxsus rola malikdir.

Milli Məclisin iqtisadisiyasət,sənayevəsahibkarlıqkomitəsinin üzvüTahir Mirkişili "Kaspi”yə açıqlamasında dedi ki, "Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm yer tutur: "Bu layihə regionda enerji daşıyıcıları xəritəsini tamamilə dəyişir. Azərbaycan prezidentinin iradəsi ilə həyata keçirilən bu layihə dünyada hazırda həyata keçirilən üç ən böyük layihədən biridir. Layihə həm də gələcəkdə üzv ölkələrin müxtəlif sahələrdə əməkdaşlığını təşviq edəcək, əməkdaşlığın tamamilə yeni formaları yaranacaq. Prezident də çıxışı zamanı bildirdi ki, layihənin icrası gələcək əlaqələr üçün də vacib amildir. Belə ki, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi”nin enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rolu olub. Müasir Azərbaycanın nailiyyətləri bunun sayəsində mümkün olub. "Cənub Qaz Dəhlizi” layihəsinin icrasında "Şahdəniz” qaz yatağı böyük əhəmiyyət daşıyır. Bu yataq Azərbaycanın nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınmasında mühüm rol oynayır. Layihə üzrə regional iş birliyi əhəmiyyətlidir. Uzun illər boyu Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən icra olunan enerji dəhlizləri buna misaldır”.

Millət vəkili xatırlatdı ki, enerji təhlükəsizliyi məsələsi mühüm mövzudur və bu sahədə mövcud olan beynəlxalq əməkdaşlıq qarşılıqlı etimada əsaslanır.

İqtisadçı ekspert İlham Şaban hesab edir ki, belə görüşlərin Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır: "Birincisi, 3500 km-lik bir infrastruktur yaradılır. Özü də, Xəzər kimi qapalı bir hövzədə yerləşən təbii qazı dünyanın ən böyük istehlakçı bazarı ilə birləşdirməlidir. İkincisi, infrastrukturun özü çox mürəkkəbdir və biri-birindən asılı olmayan 3 müxtəlif boru kəməri konsorsiumundan ibarətdir. 7 ölkədən keçəcək bir boru kəmərlər sistemi yaradılır ki, yaxın 10 ildə onun buraxıcılıq gücü də mütəmadi olaraq artırılacaq. Yəni bunlar arasında uzlaşmanın təmin edilməsi, ən yüksək səviyyədə dialoqun yaradılması, layihələrin cari icra vəziyyətinin müzakirə edilməsi son nəticədə qrafikə uyğun şəkildə çatmaq üçün çox mühüm məsələdir. Üçüncüsü, Avropadakı istehlakçılar indiyə qədər Azərbaycandan qaz tədarük etməyiblər və onlar üçün Xəzər uzaq və "dumanlı" bir region olaraq qalmaqdadır. Yəni müqavilə 2013-də imzalansa da, hələ tam əminlik yoxdur ki, bu qaz 2020-ci ilin IV rübündə onlara çatacaq, ya yox. Söhbət təkcə onunla bağlı deyil ki, o, postsovet məkanından başlayan layihədir. Ümumiyyətlə, meqa infrastruktur layihələrində daim risklər mövcuddur: elə götürək Rusiyanın "Cənub Axını" layihəsini və ya ABŞ-ın 3462 km-lik Keystone XL neft kəmərini (onun IV hissəsi 6 ildir reallaşmasını gözləyir və Tramp buna icazə verdi). Bu baxımdan, yüksək səviyyədə keçirilən bu formatda görüşlərdə səslənən bəyanatlar, fikirlər Avropadakı istehlakçılar üçün bir növ, mühüm mesajlar rolunda çıxış edir. Həmçinin bu layihədə marağı olan ölkələr üçün, məsələn, tranzit ölkələr - Gürcüstan və Türkiyə üçün”.

Ekspertin fikrincə, hökumətlər, qeyri-hökumət təşkilatları Bakı forumlarında səslənən fikirləri öz cəmiyyətlərinə o prizmadan çatdırırlar ki, layihədən gözləntilər özünü doğruldacaqmı, nə qədər qazanc olacaq, bunlar iqtisadiyyata, işsizliyə, iqtisadi aktivliyə və sair indikatorlara illər boyu necə təsir edəcək: "Azərbaycan öz təcrübəsinə əsasən belə bir addım atıb. Məsələn, Bakı-Tbilisi-Ceyhan inşa edilən zaman bu formatda görüşlər yox idi. Nəticədə BTC əleyhinə həm Gürcüstanda, həm Türkiyədə, həm də Londonda nələr etmirdilər. Maraqlıdır ki, bunu həm o ölkələrin qeyri-hökumət təşkilatları edirdi, həm beynəlxalq qeyri-hökumət təşkilatları, həm də əl altından hökumətlər (məsələn, Gürcüstanda Saakaşvili hakimiyyətə gələn kimi Borjomi məsələsində hay-küy qalxdı, düz 6 ay boru kəmərinin tikintisi yubandı və s). İndi isə belə halların qarşısını almaq üçün hər şey əvvəlcədən edilir...”
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər