• çərşənbə axşamı, 16 aprel, 10:32
  • Baku Bakı 14°C

Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq çərçivəsində müzakirələr aparılacaq

18.02.19 10:15 408
Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq çərçivəsində müzakirələr aparılacaq
Fevralın 19-da Balidə Asiya və Sakit okean regionunun 16 dövlətinin nümayəndələrinin iştirakı ilə Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq çərçivəsində müzakirələr başlayacaq.
AZƏRTACxəbər verir ki, Yaponiya, Çin və Hindistanın nümayəndələrinin də qatılacağı müzakirələrin 10 gün davam edəcəyi gözlənilir.
Xatırladaq ki, ötən il həmin ölkələrin nazirləri beş dəfə görüşsələr də, azad ticarət barədə regional paktın imzalanmasına nail ola bilməyiblər.
Mübahisə doğuran mövzular arasında tariflər barədə məsələ xüsusi yer tutur. Hindistan onların ləğvi zamanı Çindən və digər ölkələrdən idxalın həcminin kəskin artacağından ehtiyat edir.
Növbəti danışıqlar zamanı maliyyə xidmətləri və digər az mübahisə doğuran məsələlərdə irəliləyişə ümid edən Yaponiya, ilin sonunadək paktın imzalanmasına nail olunacağına inanır. Lakin iştirakçı ölkələr arasında tariflər və intellektual mülkiyyət kimi məsələlər barədə fikir ayrılığı davam edir.
banner

Oxşar Xəbərlər