• cümə axşamı, 28 mart, 15:15
  • Baku Bakı 16°C

Rəfsəncaninin kitabını sərgidən yığışdırdılar

13.05.13 08:31 1574
Rəfsəncaninin kitabını sərgidən yığışdırdılar
İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin “Sərahətnamə” kitabı 26-cı Tehran Beynəlxalq Kitab Sərgisindən yığışdırılıb.
APA-nın “Khabaronline” saytına istinadən məlumatına görə, kitabın nə üçün sərgidən yığışdırıldığı hələlik məlum deyil.
Azərbaycan, Türkiyə, Almaniya, Çin, Yaponiya, Oman, Cənubi Koreya, Venesuela, Rusiya, Meksika, Küveyt, Qazaxıstan, Belçika, Türkmənistan, ABŞ, Kanada, Əfqanıstan, İspaniya, Polşa və Hindistanın iştirak etdiyi beynəlxalq sərgi artıq sona çatıb.
Qeyd edək ki, H. Rəfsəncanini kitabı üç il əvvəl çap olunub. “Sərahətnamə”də sabiq prezident siyasi, mədəni və özəl həyatı ilə bağlı müxtəlif suallara aydınlıq gətirir. Kitab ötən il ikinci dəfə çap edilib.
H. Rəfsəncani bu il iyunun 14-də keçiriləcək seçkilərdə iştirak etmək üçün İran prezidentliyinə namizəd kimi qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib.
banner

Oxşar Xəbərlər