• cümə, 29 Mart, 09:54
  • Baku Bakı 5°C

Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Şirvanda tədbir keçirib

16.09.16 12:53 888
Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Şirvanda tədbir keçirib
Referendum üzrə "Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Şirvanda növbəti tədbirini keçirib. Tədbirdə MQF-nin prezidenti Rauf Zeyni, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədriFüzuli Rzaquliyev və 700 seçici iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan R.Zeyni tədbir iştirakçılarını salamlayıb. Daha sonra o, 26 sentyabr tarixində keçiriləcək referenduma təklif edilən əlavə və dəyişikliklərin əhəmiyyəti və mahiyyəti barədə məruzə edib.
F.Rzaquliyev isə tədbir iştirakçılarına referenduma təklif edilən əlavə və dəyişikliklər və onların 3 blokda cəmləşdiyi barədə məlumat verib.
Tədbir iştirakçıları da çıxış edərək keçiriləcək referendumun vacibliyini vurğulayıblar, hamılıqla səsvermədə iştirak edəcəklərini bildiriblər.
Bundan sonra R.Zeyni təkrar çıxış edərək müstəqilliyimiz, təhlükəsizliyimiz, dünyada gedən qlobal proseslərdə Azərbaycanın maraqlarının müdafiəsi, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətin mahiyyəti, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, vətəndaş cəmiyyətinin inkişafı və referendumda Konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr, Azərbaycan dövlətinin inkişafı ilə əlaqədar məsələlərə kompleks münasibət bildirib.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.


banner

Oxşar Xəbərlər