• çərşənbə, 24 Aprel, 04:40
  • Baku Bakı 14°C

Referendum günü Mətbuat Şurasında "qaynar xətt" yaradılacaq

24.09.16 15:20 1229
Referendum günü Mətbuat Şurasında "qaynar xətt" yaradılacaq
Mətbuat Şurası (MŞ) sentyabrın 26-da keçiriləcək referendumda jurnalistlərin prosesi işıqlandırmasının monitorinqini aparacaq.

MŞ-danAPA-ya verilən məlumata görə, bu məqsədlə qurumun İdarə Heyətinin üzvləri paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarına baş çəkəcək.Onlar jurnalistlər üçün yaradılmış şəraitlə tanış olacaq, ümumən səsvermənin gedişini müşahidə edəcəklər. Bundan başqa, referendum günü MŞ-da "qaynar xətt" yaradılacaq. 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 08.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda həmin telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.

MŞ referendum günü jurnalistlərin prosesi sərbəst şəkildə işıqlandırmaları üçün Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ilə sıx əlaqədə olacaq.
banner

Oxşar Xəbərlər