• cümə, 29 Mart, 13:14
  • Baku Bakı 14°C

“Referendum Azərbaycanda demokratiyanın təntənəli qələbəsi idi”

29.09.16 15:11 1527
“Referendum Azərbaycanda demokratiyanın təntənəli qələbəsi idi”
"Ümumxalq səsverməsində seçicilərin 70 faizinin iştirak etməsi, seçicilərin 90 faizdən çoxunun dəyişiklikləri dəstəkləməsi Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüsün Azərbaycan xalqının iradəsini əks etdirdiyini, xalqımızın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını göstərir”. Bu barədə "Kaspi”yə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib. O, sentyabrın 26-da keçirilmiş referendumla bağlı danışarkən qeyd edib ki, seçkidən əvvəl aparılan geniş kampaniya nəticəsində əhali səsvermə məntəqələrinə gələrkən Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyəti barədə yetərincə məlumatlı olublar.
Politoloqun fikrincə, seçicilər bu dəyişikliklərin ölkəmizin gələcəyi üçün nə qədər əhəmiyyət kəsb etdiyini biliblər. Məhz bu səbəbdən xalq həmin gün sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə, müstəqqilliyin, təhlükəsizliyin daha da möhkəmlənməsinə səs verib: Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovun qeyd etdiyi kimi, referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2016-cı ili ölkədə "İslahatlar ili" elan edib. Post-neft dövrünə hazırlaşan Azərbaycan operativ, çevik islahatlar həyata keçirməkdədir. Bu istiqamətdə bütün imkanlardan, həm inzibati, həm iqtisadi, həm də insan resurslarından istifadə olunur. Biz yaxın gələcəkdə ciddi islahatların və onun müsbət nəticələrinin şahidi olacağıq. Referendum siyasi sistemdə və idarəetmə praktikasında əhəmiyyətli dəyişikliklər yaradacaq. Ən əsası və xalqın əsas istəyi olan ictimai-siyasi sabitlik, əmin-amanlıq bundan sonra daha da güclənəcək. Dünyada baş verən hərbi, siyasi kataklizmlər fonunda Azərbaycandakı əmin-amanlığın olması və gələcəkdə də onun qorunub saxlanılması çox böyük əhəmiyyət kəsb edir. İnsanlar sabitliyin qorunub saxlanılacağına və islahatların aparılacağına əmin olduqları üçün seçkilərdə fəal iştirak etdilər. Referendum ölkəmizdə həyata keçirilməkdə olan islahatların anonsu olmaqla yanaşı, dəyişikliklər üçün hüquqi baza və siyasi alət idi. Hesab edirəm ki, Azərbaycanda həyata keçiriləcək islahatların kökündə iqtisadi məsələlər duracaq. Yeni iqtisadi modelin yaranması, Azərbaycanın böyük iqtisadi potensialından səmərəli istifadə üçün artıq ilkin addımlar atılıb”.
Referendumla bağlı həm yerli, həm də xarici müşahidəçilərin müsbət rəyinə, o cümlədən xarici ölkələrin ümumxalq səsverməsinin nəticəsini qəbul etməsi ilə bağlı məsələlərə münasibət bildirən R.Qonaqov deyib ki, referenduma reaksiyalar əsasən müsbət notlar üzərində köklənib. Onun sözlərinə görə, prezidentin təşəbbüsü ilə irəli sürülən, xalq tərəfindən dəstəklənən dəyişikliklər beynəlxalq təşkilatlar tərəfindən də normal qarşılanıb: "26 sentyabrda xalqımızın dövlət quruculuğu, demokratiya yolunda çox mühüm addım atdığını beynəlxaq qurumlar etiraf ediblər. ABŞ Dövlət Departamenti Azərbaycandakı referendumun təhlükəsizlik sahəsində hər hansı insident olmadan keçdiyini və konstitusiya islahatlarının dövlətimizin daxili işi olduğunu bəyan edib. Yuxarlda qeyd etdiyim ki, xarici müşahidəçilər də seçkilərin şəffaf və ədalətli keçdiyini bəyan edib. Azərbaycandakı siyasi partiyalar da, əsasən referenduma dəstəklərini ifadə ediblər. Referendumöncəsi siyasi partiyalara aksiyalar keçirməyə hər cür şərait yaradıldı. Amma göründüyü ki, mitinqləri olduqca sönük keçdi. Çünki xalq konstitusiya dəyişikliklərinin vacibliyini anlayaraq islahat tərəfdarı olduğunu qətiləşdirmişdi. Hakimiyyət tərəfindən irəli sürülən istənilən təşəbbüsə etiraz etməyə alışıb. Bəzən etirazlar, müzakirələr konstitusiyaya edilən dəyişikliklər, mahiyyət üzrə deyil, tamam başqa problemlər üzrə aparılırdı. Əlbəttə, bütün bunlar təəssüf doğurur. Mən 26 sentyabrda keçirilən referendumu Azərbaycanda demokratiyanın təntənəli qələbəsi hesab edirəm”.
banner

Oxşar Xəbərlər