• cümə, 26 Aprel, 18:53
  • Baku Bakı 22°C

Rəcəb Tayyip Ərdoğan Türkiyənin 12-ci prezidenti oldu - Yenilənib

10.08.14 01:24 874
Rəcəb Tayyip Ərdoğan Türkiyənin 12-ci prezidenti oldu - Yenilənib
11.08.2014
01:24
Türkiyədə bu gün keçirilmiş prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
APA-nın xəbərinə görə, Türkiyə tarixində ilk dəfə ümumxalq səsverməsi ilə seçilən 12-ci prezident Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyip Ərdoğan olub.
O, seçilərin 51.95 faizinin səsini toplayıb.
Ərdoğan qələbəsi münasibətilə məşhur "balkon çıxışı"nı edir. O, Türkiyə xalqına ona göstərdiyi etimada görə təşəkkür edib.
***
10.08.2014
22:29
Türkiyədə bu gün keçirilmiş prezident seçkilərinin ilkin nəticələri bəlli olub.
APA-nın xəbərinə görə, indiyə qədər səslərin 93.79 faizi açıqlanıb. Nəticələrə görə, səslərin 53,05 faizini hazırkı baş nazir Rəcəb Tayyip Ərdoğan qazanıb.
Ərdoğan İstanbulda qısa bir təşəkkür çıxışı edib. O, istanbullulara seçkidə ona göstərdikləri etimada görə minnətdarlıq edib.
Ərdoğan bildirib ki, hazırda Ankaraya gedir. Seçkinin ilkin nəticələri tam bəlli olduqdan sonra isə AKP-nin baş ofisindən çıxış edəcək.
Qeyd edək ki, indiyə qədərki nəticələrə görə İstanbulda səslərin 51.9 faizini Rəcəb Tayyip Ərdoğan qazanıb.
***
10.08.2014
21:55
Türkiyə Cümhuriyyətinin 12-ci prezidentini müəyyənləşdirmək üçün keçirilən seçkidə səsvermə başa çatıb.
APA-nın xəbərinə görə, artıq Türkiyədə səslərin bir hissəsi sayılıb.
İlkin nəticəyə görə, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı baş nazir Rəcəb Tayyip Ərdoğan rəqiblərindən xeyli səs fərqi ilə irəlidədir.
Rəsmi xəbər agentliyi olan Anadolu Agentliyinin məlumatına görə, Türkiyədə bu seçkidə 165470 seçki qutusunda səs verilib. Türkiyədə səsvermə hüququ olan 52 920 985 seçici olub.
İndiyə qədər 93 585 və ya qutuların 56.55 faizi açılıb. Açılan qutularda 22437626 seçicinin səsi var ki, onlardan 21940576 keçərli hesab olunub.
Seçkidə iştirak faizi 77.08 olub.
İndiyə qədərki nəticəyə görə, seçicilərin 54.79 faizi Ərdoğana, 36.72 faizi müxalifətin vahid namizədi Əkmələddin İhsanoğluna, 8.49 faizi isə BDP-nin namizədi Səlahəddin Demirtaşa səs verib.
Qeyd edək ki, Türkiyədə ilk dəfə prezident ümumxalq səsverməsi ilə seçilir. Seçkilərdə namizəd kimi Rəcəb Tayyip Ərdoğan, Əkmələddin İhsanoğlu və Səlahəddin Demirtaş iştirak edirlər.
banner

Oxşar Xəbərlər