• cümə axşamı, 18 aprel, 18:07
  • Baku Bakı 21°C

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə hədəflərinə doğru addım-addım irəliləyir"

26.08.16 20:39 1310
Rəcəb Tayyib Ərdoğan: "Türkiyə hədəflərinə doğru addım-addım irəliləyir"
"Bu millət nəyə layiqdirsə, onlarınhamısı olacaq. Çünki müasir mədəniyyətlər səviyyəsinin üstünə çıxmaq sözlə olmur, konkret işlə olur"."Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanİstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən "Asma körpü”nün açılışı mərasimində deyib.
Onun sözlərinə görə, bu körpü həm təkərli,həm dərelsli sistemin birlikdə təmin olunması baxımından öz sahəsində dünyada qabaqcıl bir körpüdür. Hazırda iftixarla gördüyümüz bu körpü inşallah dünyada bir çox filmlərə səhnə olacaq və biz bununla fəxr edəcəyik.
R.T.Ərdoğan İstanbul kanalının çəkilişinin başa çatmaq üzrə olduğunu söyləyib: "İndi Çanaqqala körpüsünün də hazırlıqlarını edirik. İnşallah bütün bunlarla birlikdə dünyada Türkiyə fərqli bir mövqeyə çatacaq.Türkiyə hədəflərinə doğruaddım-addım irəliləyir.İqtisadiyyatda bütün göstəricilər bütün çətinliklərəbaxmayaraq, müsbət istiqamətdə davam edir."
banner

Oxşar Xəbərlər