AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rəcəb Tayyib Ərdoğan: “Terim məşqçi olmasa idi ...“

Rəcəb Tayyib Ərdoğan: “Terim məşqçi olmasa idi ...“

İdman
10 Aprel 2013, 17:15 1306
Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim haqda müsbət fikirlər səsləndirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qırğızıstana gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.Ərdoğan qeyd edib ki, F.Terimi terrora qarşı mübarizə ilə bağlı müzakirələrdə yer alacaq 63 nəfərlik “Aqil insanlar” siyahısında görmək istəyir.

“Fatih Terim təkcə idmanda deyil, hər sahədə dərin insandır. Əgər məşqçi işləməsəydi, onu “Aqil insanlar” heyətinə götürərdim”, – deyə baş nazir vurğulayıb.