• cümə, 29 Mart, 14:12
  • Baku Bakı 14°C

Rəcəb Tayyib Ərdoğan: “Biz əli-qolu bağlı durmayacağıq”

26.07.19 13:52 12505
Rəcəb Tayyib Ərdoğan: “Biz əli-qolu bağlı durmayacağıq”
"Türkiyənin Rusiyadan satın aldığı "S-400”lə bağlı ABŞ-ın sağlam düşüncə ilə hərəkət edəcəyinəümid edirəm”.
"Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilarları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.
Onun sözlərinə görə, rəsmi Ankara2020-ci ildə bu sistemlərdən fəal şəkildə istifadə etməyə başlayacaq. R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutuğu bütün layihələri sona qədər həyata keçirəcək:"Bizim"F-35” layihəsindən kənarlaşdırılma təhdidləri başda olmaqla, heç bir hədə-qorxuölkəmizin təhlükəsizliklə bağlı prioritetlərini həyata keçirməyimizə mane ola bilməyəcək. Türkiyəyə qarşı bundan artıq ədalətsizlik edilməməlidir. Təhlükəsizliklə bağlı nəyə ehtiyacımız varsa, onu da edəcəyik. Bir neçə ilə sonra bu sahədə Türkiyədə başqa bir mənzərə ilə qarşılaşacağıq”.
R.T.Ərdoğan indiyə qədər"F-35” layihəsi ilə bağlı ABŞ-a 1 milyard 430 milyon dollar ödəniş etdiklərini bildirib:"ABŞ keçmiş prezidenti Barak Obamanın hakimiyyəti dövründə Türkiyəyə "Patriot” satmadıqları üçün indi biz "S-400” alırıq: "İndi Konqersə səslənirəm; biz Obamanın dövründə "Patriot” almaq istədik, vermədiniz. İndi Donald Trampın dövründə yenə buna mane olmaq istəyirsiniz. Pulumuzla alacağıq. Kim satsa, ondan alacağıq. Rusiya ilə hər cür razılaşmanı etmişik. Siz satsanız sizdən də "Patriot” alacağıq. "F-35” vermirsiz, biz bu məsələdə də yeni tədbirlər görərik, başqa yerdən gedib, alarıq. Bu istiqamətdə də fəaliyyətimiz davam edir. Biz əli-qolu bağlı durmayacağıq”.
banner

Oxşar Xəbərlər