• cümə axşamı, 28 mart, 17:12
  • Baku Bakı 16°C

Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə zəng edib

24.12.14 12:57 1080
Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə zəng edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
APA-nın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ərdoğan prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd edilib.
banner

Oxşar Xəbərlər