AZE | RUS | ENG |


“Rebus” teatrının kollektivi gələn il İranda “Fəcr” festivalında iştirak edəcək

“Rebus” teatrının kollektivi gələn il İranda “Fəcr” festivalında iştirak edəcək
Azərbaycanın gənc teatr kollektivi "Rebus” 2018-ci ilin əvvəlində "Fəcr” festivalında iştirak etmək üçün İrana yola düşəcək.

Bu barədə AZƏRTAC-a teatrın bədii rəhbəri və rejissoru, aktyor Ceyhun Dadaşov məlumat verib. Bildirib ki, teatrın kollektivi festivalda "Hamlet” tamaşasını təqdim edəcək.

"Mən Azərbaycan Dövlət Pantomima Teatrından getdim və dostlarımla birlikdə "Rebus” teatrını təşkil etdim”, - deyə C.Dadaşov qeyd edib. Onun sözlərinə görə, "Rebus” teatrı üçüncü ildir fəaliyyət göstərir. Teatrın yaradılmasında C.Dadaşovla yanaşı, Elnur İsmayılov və Əli Əlizadə də iştirak ediblər.

"Teatrı saxlamaq çətindir. Lakin biz bunu edirik. Kostyum və rekvizitdən tutmuş hər şeyi özümüz hazırlayırıq. Azərbaycan Teatr Xadimləri İttifaqı bizə kömək etdi, tamaşamızın nümayişi üçün kiçik zal verdi. Bizim üçümüzlə yanaşı, teatrda həm də teatr sənətini sevən tələbələr çalışırlar”, - deyə C.Dadaşov fikirlərini bölüşüb.

Onun sözlərinə görə, teatrın repertuarında psixoloq, uşaqların psixoloji durumu haqqında kiçik kitablar yazmış Kurt Hörtenhuberin əsərlərinin motivləri əsasında hazırlanmış "Ürək planetinin sakinləri” adlı uşaq tamaşası da var.

O deyib: "Pantomima teatrında işləyən Əməkdar Artist Nargilə Qəribova əsərləri bir yerə toplayıb. Burada plastika və mətn mövcuddur. Keçən teatr mövsümünün sonunda isə bizdə "Hamlet” tamaşasının premyerası olub. Tamaşa psixoplastik qrotesk janrındadır. Repertuarımızda, həmçinin dostluq, sədaqət və vicdan haqqında "Joybox” əyləncəli tamaşa var. Bundan başqa, biz "Kaliqula” tamaşasını qoyacağıq. Bu, plastikalı monotamaşadır. Ola bilsin ki, orada mətn də olacaq, bu barədə hələ fikirləşəcəyik”.

Kollektivin "Tesserakt” adlı ilk tamaşası İranda küçə festivalında nümayiş etdirilib. "Bu bizim debütümüz idi. Ondan sonra biz İranın Mərivan şəhərində bu tamaşanı göstərdik. Keçən il isə biz Türkiyədə beynəlxalq festivalda olduq”, - deyə aktyor söyləyib.

C.Dadaşovun sözlərinə görə, "Rebus” üçün bütün təklifləri qəbul etmək çətindir, çünki o, dövlət teatrı deyil. "Məsələn, maliyyə çətinliyinə görə biz Avstriyaya festivala gedə bilmədik. Əgər festivalın təşkilatçısı bütün teatr kollektivlərini maliyyələşdirirsə, onda biz məmnuniyyətlə dəvəti qəbul edir və iştirak edirik”, - deyə C.Dadaşov söyləyib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6864
GBP 1 İngilis funt sterlinqi 2.3097
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6438
SEK 1 İsveç kronu 0.2135
EUR 1 Avro 2.0342
CHF 1 İsveçrə frankı 1.7578
USD 1 ABŞ dolları 1.7008