“Real”ın yeni hücum planı - Neymar, Levandovski, Azar
"Real” rəhbərliyi ciddi dəyişikliklər planı hazırlayır.
Kaspi.az xəbər verir ki, rəhbərlik ilk növbədə hücum xəttini tamamilə
dəyişmək niyyətindədir. "Marca”nın iddialarına görə, prezident Florentino Peres
yayda olduqca səs-küylü transferlər etməyi planlaşdırır.
Peresin planında PSJ-dən Neymarı, "Bavariya”dan Robert Levandovskini
və "Çelsi”dən Eden Azarı transfer etmək var. Levandovskinin keçidi alınmayacağı
təqdirdə, Peres alternativ variant kimi Harri Keyni və ya Mauro İkardini
nəzərdə tutub.
Bu plan reallaşacağı təqdirdə, Ronaldo, Beyl və Benzema "Real”ı tərk
edəcək.