• cümə, 19 Aprel, 11:00
  • Baku Bakı 13°C

“Real”ın və MY-nin təklifini qəbul etməyib

14.10.19 15:15 557
“Real”ın və MY-nin təklifini qəbul etməyib
"Liverpul”un baş məşqçisi Yurgen Klopp 2015-ci ildə "Mançester Yunayted” və "Real”dan təklif alıbmış.
Kaspi.az xəbər verir ki, bu barədə "Liverpul”un sabiq futbolçusu Robbi Fauler məlumat verib. Ancaq Klopp hər iki təklifdən imtina edib:
"Bir neçə il əvvəl Kloppdan müsahibə almışdım. Həmin vaxt Yurgen etiraf etmişdi ki, Dortmund "Borussiya”sından ayrılarkən bir neçə top-klubdan təklif alıb. Onlardan biri MY, digəri isə "Real” olub.
Ancaq bu klublar biznes amillərinə daha çox kökləndikləri üçün Klopp onların təklifindən imtina edib. Onu "Liverpul”un layihəsi cəlb edib. Üstəlik, o, həmin vaxt deyirdi ki, "Enfildi” yenidən böyük arenaya çevirmək istəyir. Üstəlik, çoxlu pulla yox. O, bunun üçün başqa yol bildiyini vurğulayırdı.
Klopp hələ ki, zirvəyə yüksəlməyib. Ancaq yol ora aparır. Amma dəqiqdir ki, Klopp "Liverpul”un azarkeşlərinə özünəinamı qaytarıb”.
Klopp "Liverpul”da 2015-ci ilin oktyabrından işləyir.
banner

Oxşar Xəbərlər