• şənbə, 20 Aprel, 15:26
  • Baku Bakı 23°C

“Real”ın təklifini son saniyəyə qədər gözləyəcək

10.04.17 14:15 957
“Real”ın təklifini son saniyəyə qədər gözləyəcək
"Real”ın müdafiəçisi Pepe gələcək karyerası ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Pepe son saniyəyə qədər "Real”dan gələcək təklifi gözləyəcəyini bildirib. Onun klubla müqaviləsi yayda başa çatır. "Kral klubu” hələ Pepeyə yeni müqavilə təklif etməyib. Portuqaliyalı futbolçu komandada qalmaq istədiyini bildirir:
"Müqavilənin uzadılması? "Real”a görə son saniyələrə qədər gözləməyə hazıram. Bu klubun bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. "Real”ın formasını həmişə qürurla geyinmişəm.
Komanda ruhunu nümayiş etdirməyi Raul kimi futbolçulardan öyrənmişəm. Yalnız Allah bilir ki, gələcəkdə məni nə gözləyir. Müqaviləmin müddəti iyunun 30-da başa çatır.
Hazırda zədəmi sağaltmağa köklənmişəm. Sıraya qayıdıb, komandaya kömək etmək istəyirəm. İştirak etdiyimiz bütün turnirlərdə qalib gəlmək istəyirik”.
banner

Oxşar Xəbərlər