• cümə axşamı, 25 aprel, 20:52
  • Baku Bakı 21°C

“Real”ın təklifindən imtina edən məşqçi də varmış...

04.06.18 10:25 755
“Real”ın təklifindən imtina edən məşqçi də varmış...
"Hoffenhaym”ın baş məşqçisi Yulian Naqelsman "Real”ı çalışdırmaqdan imtina edib.
Kaspi.az xəbər verir ki, "Bild” nəşrinin iddiasına görə, mütəxəssis "Real”dan təklif alsa da, "Hoffenhaym”a sadiq qalıb. O, müqaviləsinin sonuna qədər bu klubda qalmaq istədiyini bildirib.
Mütəxəssisin müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. Onun müqaviləsində başqa kluba keçməsi üçün kompensasiya ödənilməsi ilə bağlı bənd var. Ancaq bu bənd 2019/2020 mövsümündən qüvvəyə minir.
Yəni Yulian heç bir kompensasiya ödənilmədən "Real”a keçə bilərmiş. O, "Hoffenhaym”da 2016-cı ildən işləyir. Komanda Bundesliqada başa çatan mövsümdə 3-cü yeri tutaraq, Çempionlar Liqasına vəsiqə qazanıb.
banner

Oxşar Xəbərlər