• cümə, 29 Mart, 04:23
  • Baku Bakı 7°C

Real”ın təklifi: Onu götürün, qiyməti aşağı salın

22.01.19 14:45 701
Real”ın təklifi: Onu götürün, qiyməti aşağı salın
"Real” "Tottenhem”in yarımmüdafiəçisi Kristian Eriksenə maraq göstərir.
Kaspi.az xəbər verir ki, "kral klubu” Kristianı yayda heyətə cəlb etməyi planlaşdırır. Məlumata görə, "Real” futbolçunun satış qiymətinin aşağı salınmasına cəhd göstərir.
Klub rəhbərliyi "Tottenhem”in onun üçün qoyduğu qiyməti şişirdilmiş hesab edir. Bununla bağlı "Real”ın başqa bir təklifi də var.
"Kral klubu” Eriksenin transferinə Xames Rodrigesi də qoşmaq istəyir. Rodriges müqavilə ilə "Real”a məxsus olsa da, hazırda "Bavariya”da çıxış edir.
"Real” Xamesi "Tottenhem”ə verməklə, Eriksenin qiymətinin aşağı salınmasını planlaşdırır.
Onu da deyək ki, Xameslə "Napoli”, "Arsenal” və "Yuventus” da maraqlanır. Üstəlik, "Bavariya” mövsümün sonunda 42 milyon avro ödəyərək, onu almaq hüququn da sahibdir
banner

Oxşar Xəbərlər