• şənbə, 20 Aprel, 17:51
  • Baku Bakı 23°C

“Real”ın tarixində belə debüt olmamışdı

13.11.18 10:25 550
“Real”ın tarixində belə debüt olmamışdı
Santyaqo Solari demək olar ki, "Real”la uzunmüddətli müqavilə bağlamağı təmin edib.
Kaspi.az xəbər verir ki, "kral klubu” baş məşqçini əvəz edən Santyaqo Solarinin rəhbərliyi altında keçirdiyi ilk 4 qarşılaşmada qalib gəlib. Vurulan və buraxılan topların fərqi isə belədir - 15:2.
Bu da "Real”ın 116 illik tarixində ən yaxşı göstəricidir. İndiyə qədər 5 məşqçi debütdə dalbadal 4 oyunda qələbə qazansa da, onlarda top fərqi aşağı olub.
"Selta " ilə oyundan sonra "Real”ın müdafiəçisi Alvaro Odriosola mətbuata verdiyi açıqlamada bildirmişdi ki, Solarinin komandada qalması üçün meydanda ölməyə hazırdırlar.
42 yaşlı Solari hələ baş məşqçi kimi çalışmayıb. O, karyerasını 2011-ci ildə bitirib.
banner

Oxşar Xəbərlər